MemoPart™ PFO Occluder – ürəkdəki Patent Foramen Ovale (PFO) dəliyini bağlamaq üçün istifadə olunan cihazdır.
Öz-özünə açılan (self-expanding) iki diskli nitinol konstruksiyaya malikdir və disklər arasında hərəkətə imkan verən bağlantı var.
Disklərin daxilində polyester material yerləşir ki, bu da dəliyin daha effektiv bağlanmasını təmin edir.
Yüksək möhkəmlik və elastiklik sayəsində böyük ölçülü PFO-larda belə güclü dəstək verir.
Nitinol üzərində qoruyucu oksid təbəqəsi nikel ionlarının ayrılmasının qarşısını alır və uzunmüddətli təhlükəsizlik təmin edir.
Minimal invaziv (kateter vasitəsilə) tətbiq olunur və əsasən insult və ya TİA keçirmiş PFO xəstələrində istifadə edilir.
VSD Occluder
MemoPart™ VSD Occluder – ürəkdəki ventrikulyar septal defekti (VSD) bağlamaq üçün istifadə olunan self-expanding iki diskli nitinol cihazdır.
Disklər qısa bel (waist) ilə birləşir, bu bel defektin ölçüsünə uyğun gəlir və hər diskdə polyester parça yerləşdirilmişdir ki, bağlanmanı möhkəmləndirsin.
Cihaz rentgen altında görünür, bu da yerləşdirilməsini izləməyə imkan verir.
Membranöz VSD üçün – minimal invaziv transkateter üsulla perimembranöz defektlərin bağlanması üçün istifadə olunur.
Əzələ tipli (muscular) VSD üçün – böyük, kompleks və ya çoxsaylı defektləri olan xəstələr üçün nəzərdə tutulub; xüsusilə sol-sağ şantı böyük, pulmonar hipertansiyonlu və ya ürək çatışmazlığı simptomlu xəstələrdə.
Yüksək riskli xəstələrdə (əvvəlki əməliyyat uğursuzluğu, çoxlu əzələ defektləri, çətin anatomik şərait) standart cərrahi üsulların alternativi kimi istifadə olunur.
ASD Occluder
MemoPart™ ASD Occluder – ürəkdəki atrial septal defekti (ASD) bağlamaq üçün istifadə olunan self-expanding iki diskli cihazdır.
Cihaz nitinol mesh, paslanmayan polad bushing, sütür xətti və polyester parça ilə hazırlanıb.
Disklər və qısa bel (waist) defektin ölçüsünə uyğun hazırlanıb; polyester membran disklərin və belin içərisinə möhkəm tikilib ki, bağlanma tam olsun.
Cihaz rentgen altında görünür, yerləşdirilməsini izləməyə imkan verir.
İstifadə göstəriciləri: Ostium secundum tipli ASD və sağ mədəcikdə həcmi artmış şant (1.5:1 və ya daha çox sol-sağ şant) olan xəstələr üçün.
Minimal invaziv transkateter üsulla tətbiq edilir.
PDA Occluder
MemoPart™ PDA Occluder – Patent Ductus Arteriosus (PDA) bağlanması üçün istifadə olunan self-expandable nitinol mesh cihazdır.
Aort tərəfdə yerləşən “retention skirt” cihazın ductus daxilində sabit və təhlükəsiz yerləşməsini təmin edir.
Cihaz açıldıqda damar divarına təzyiq göstərərək defekti bağlayır, daxilindəki polyester parça isə tromboz yaradaraq tam bağlanmanı təmin edir.
Balanslaşdırılmış elastiklik və möhkəmlik optimal bağlanma performansı verir.
Nitinol üzərində oksid təbəqəsi nikel ionlarının ayrılmasının qarşısını alır və yüksək biouyğunluq təmin edir.
Minimal invaziv (perkutan, transkateter) üsulla cərrahiyyəsiz PDA bağlanması üçün istifadə olunur.
Əlaqə
Heydər Əliyev prospekti 152, AZ1029 Çinar Plaza İş Mərkəzi, 19-cu mərtəbə, Bakı, Azərbaycan